`Sionist rejim Həmasın şərtlərin qəbul edib, Qəzzanı tərk edir

Maide.az-ın Sionist rejimin Aharnot qəzetinə istinadən məlumatına görə,  Qəzzada yaşanan müharibənin 29-cu günündə Sionist rejim hərbçiləri atəşkəs müqaviləsini qəbul etməyə və Qəzzanı tam şəkildə tərk etməyə məcbur olub.

Məlumata əsasən, Sionist rejim ordusunun bu əməli sionistlərin Qəzzadan qaçma mənasında dəyərləndirilir.

Belə bir vəziyyətdə Fələstinin İslami Müqaviməti (HƏMAS) hərəkatı vəziyyətin 3 gündə aramlaşması ilə razılaşmasından xəbər verib.

Əl-Aləm telekanalı Fələstinin Xəbər agentliyinə istinadən yazıb: HƏMAS hərəkatının siyasi ofisinin məsul şəxsi İzzət Ərrəşəq verdiyi müsahibədə deyib.  HƏMAS Misirin istəyi əsasında 3 günlük atəşkəsin bərqərar edilməsinə razılıq verib.Atəşkəsə bu gün səhər saat 8:00 başlanıb. Eyni zamanda  Həmas və sionist rejim Qahirədə danışıqlara start verib.

Onun sözlərinə görə bu əməl fələstinlilərin tələbləri əsasında həyata keçirilib və Fələstinin nümayəndə heyəti də atəşkəs layihəsi barədə razılaşmanın ardınca onu misirili tərəfə təqdim edib .

Digər bir tərəfdən Sionist rejimin təhlükəsizlik kabineti vəziyyətin 3 gün müddətində aramlaşdırılması ilə müvafiq olduğunu bildirib.

Misirin rəsmi xəbər qaynaqlarından biri də bu haqda qeyd edib: Fələstinin Müqavimət qrupu ilə işğalçı İsrail rejimi ordusu arasında atəşkəsin bərqərar edilməsi 3 gün müddətində davam edəcək və atəşkəs sazişinin uzaldılması mümkün olacaq. Bu razılaşmaya uyğun olaraq hər iki tərəfin nümayəndə heyətləri danışıqların davam etməsi üçün Qahirəyə səfər edəcəklər.

Sionist rejim ordusu hava qüvvələri çərşənbə axşamı günü səhər  Qəzza zolağına qarşı şiddətli surətdə hücuma keçmib.  Sionist rejimin Qəzzaya hücum edilməsindən indiyədək 1800 fələstinlinin şəhid və 9000 nəfərdən çox insan isə yaralanıb. / 

Google+ WhatsApp ok.ru