Sionist rejim hərbçiləri 2015-ci ildə neçə fələstinlini şəhid edib?

Sionist hərbçilər 2015-ci ildə təqribən 180 fələstinlini Qərb sahilinin müxtəlif bölgələri, Beytül-Müqəddəsdə və Qəzza zolağında şəhid ediblər. Bunu Fələstin şəhid ailələrinin Vətən Toplanışı Qurumu çərşənbə günü elan edib.
Maide.az xəbər verir ki,  ki, şəhid edilən fələstinlilər arasında 15 qadın, bir uşaq və 72 yaşlı kişi və qadın var. 
Məlumatda bildirilir ki, sionist rejim girov götürdüyü 15 fələstinli şəhidin cənazəsini hələdə dəfn üçün öz ailələrinə təhvil verməyib. 
Fələstin ərazilərinin müxtəlif bölgələri 2015-ci ilin oktyabr ayının əvvəllərindən  fələstinlilərin sionist rejimin təcavüzkar siyasətləri, Beytül-Müqəddəsin mahiyyətinin təhrif olunması fitnəsi və Məscidül-Əqsanın zaman və məkan cəhətdən bölünməsi planına qarşı etirazların şahidi olub.
Etirazlar Qüds intifadası ilə nəticələnib ki, hələ də davam edir. Qüds intifadasında indiyədək təqribən 147 fələstinli şəhid olub. /
 

Google+ WhatsApp ok.ru