Sionist rejimi Fələstin parlamentinin 6 nümayəndəsini həbs edib

Sionist rejiminin əsgərləri  bu gün səhər Fələstin Qanunvericilik Şurası (Parlamentinin) 6 nümayəndəsini Qərb Şəriyədə həbs edib.
Almaniya xəbər agentliyinin məlumatına görə,  həbs olmuş nümayəndələrin hamısı “Həmas” müqavimət hərəkətının üzvləridir.  Sionist rejiminin əsgərləri həmin nümayəndələrin evlərinə hücum edərək onları həbs ediblər.
Bu nümayəndələrin həbsi ilə İsrail rejimi tərəfindən Həmasın həbs olmuş üzvlərinin sayı 30 nəfər çatıb.  Fələstin Qanunvericilik Şurasının sədri Əziz Duvaik də həbs olunanlar arasındadır.

Google+ WhatsApp ok.ru