Sionist rejimi Fələstində yəhudi yaşayış məntəqələrinin inşasını məhdudlaşdırmaq qərarı alıb

Sionist rejimi Fələstində yəhudi yaşayış məntəqələrinin inşasını məhdudlaşdırmaq qərarı alıb

Sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahu işğal etdikləri Fələstin torpaqlarında qanunsuz yəhudi yaşayış məntəqələrinin inşasını müvəqqəti olaraq məhdudlaşdırıb.
 
İşğal rejiminin baş naziri bu qərarı belə izah edib.
 
"İsrail ABŞ-ın gələcəkdə yəhudi yaşayış məskənlərindəki hər hansı bir layihə barədə qınaq açıqlamalarını qabaqlamaq üçün Vaşinqtona verdiyi sözə sadiq qalmalıdır".
 
Netanyahu, Trampın Fələstin-İsrail sülh görüşlərini canlandırmağa çalışdığını və bu əsasda yaşayış məskənlərindəki inşaatın məhdudlaşdırılması və müəyyən vaxtda dayandırılması ilə maraqlandığını bildirib. Bu barədə məlumat verən Haaretz qəzeti öz mənbəsinə istinadla məhdudlaşdırılmanın müddətinin 3 ay olacağını açıqlayıb.
 
Qeyd edək ki, sionist İsrail rejimi ilə Fələstin arasındakı sülh danışıqları İsrailin "1967 sərhədlərini məcburi köçkünlüyə məruz qoyulan fələstinlilərin geri qayıtmaları haqqını və yəhudi yaşayış məskənlərinin inşasına son qoymaq barədə tələbi qəbul etməməsi səbəbindən 2014-cü ilin Aprel ayında dayanmışdı.(islaminsesi) /

Google+ WhatsApp ok.ru