Sionist rejimin əlil arabasına məhkum etdiyi həyatlar

Sionist rejimin Qəzza hücumlarında yaralanan ən-Nəmlə ailəsinin üzvləri, aviahücumların buxdığı əlilliklə həyat mübarizəsi aparır.
Qəzzanın Rifah şəhərində yaşayan Fələstinli en-Nəmlə ailəsində ata Vail, ana İsra və 3 yaşındakı uşaqları Şərif, İsrailin hava hücumunda yaralanaraq şikəst qalıblar. Ata  İsrailin hücumunun üzərindən təxminən 5 ay keçməsinə baxmayaraq, ailəsinin yeni həyatına uyğunlaşmaqda çətinlik çəkdiyini ifadə edib.
 
"3 yaşındakı oğulum, vəziyyətini qəbul edə bilmir: rahatca oyun oynaya, qaça, daim yanında tutduğu velosipedini öz başına sürə bilmir və bu səbəblə kədərlənir" deyə ata Vail bildirib.
 
Sionist rejim təyyarələrinin keçən ilin avqust ayında evlərini hədəf aldığını söyləyən Vail, "Döyüş təyyarələri, mülki vətəndaş olduğumuzu bilə-bilə bizi hədəf aldı. Hücumda mənim bir ayağım, yoldaşımın iki ayağı, 3 yaşındakı oğulumun da bir ayağı qopdu, 1,5 yaşındakı qızımın isə bütün bədəni yandı. 2 qardaşım və qayınlarım həlak oldular" deyir.
 
O, faciəni belə xatırlayır:  "Hücumların əvvəlində şəhərdən ayrılaraq, başqa bir yerə sığındıq, bir müddət orada qaldıq Daha sonra elan edilən 72 saatlıq atəşkəs müddətində bəzi əşyalar və sənədləri götürmək üçün evə dönməyə qərar verdik. Oğlum Şərif də gəlmək istədi, velosipedini götürmək istəyirdi. Getdiyimizdə məhəllənin hücumlardan xarabaya döndüyünü gördük, amma evimiz möhkəm idi. Evdəki ilk saatlarımız yaxşı keçdi. Ancaq daha sonra partlama səsləri eşitdik. İsrail, xəbər vermədən atəşkəsi pozmuşdu və Rifaha hücumlar təşkil etdi. Dinc insanlara qaçma fürsəti belə vermədi, onlarla sakinin ölməsinə və yaralanmasına gətirib çıxardı."
 
Xatırladaq ki,  sionist rejimin illərdir mühasirə altında tutduğu Qəzzaya keçən il 7 İyulda başlatdığı, 51 gün davam edən hücumlarda 600-ə yaxın uşaq olmaqla, 2 mindən çox adam həyatını itirmiş, on mindən çox adam yaralanmışdı

Google+ WhatsApp ok.ru