Sionist rejimin atdığı bombanın zərərsizləşdirilməsi nəticəsində 61 nəfər yaralanıb

Qəzza zolağının şimalında yerləşən əl-Ətatərə məntəqəsində bu bölgədəki müharibədən qalan bir raketin partlaması nəticəsində ən azı 61 fələstinli yaralanıb.
 
Maide.az-ın məlumatına görə, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədrə deyib ki, sionistlər bu raketi Qəzza müharibəsi zamanı atıblarmış: "Lakin həmin bomba partlamamış şəkildə qalmışdı və müqavimət qüvvələri onu zərərsizləşdirmək istədikləri zaman partlayıb. Nəticədə bir qrup fələstinli yaralanıb. Yaralıların bəzisinin vəziyyəti ağırdır." 
 
Fələstin Özünüidarə Təşkilatının Daxili İşlər Nazirliyi də bu partlayışda bir qrup fələstinlinin şəhid olduğunu bildirib.

 

Google+ WhatsApp ok.ru