Sionist rejim indi də İbrahim Məscidinə müsəlmanların girişinə qadağa qoyur

Təcavüzçü İsrail rəhbərliyinin müsəlmanlara təzyiqi davam edir.
Maide.az xəbər verir ki, sionist rejim Məscidi Əqsada törətdiyi vəhşilikdən sonra, indi də Əl-Xəlil şəhərindəki İbrahim Məscidinə müsəlmanların girişini qaqdağan edir.
Sionist rejim məscidi 2 günlük bağlayıb, yalnız yəhudilərin girişinə icazə verməyi planlaşdırır.
Fələstin Vəqflər Nazirliyindən bildirilib ki, İsrailin bu qərarı müsəlmanlara və İslamın müqəddəs məkanlarına nifrət hissinin nümunəsidir.
Qeyd edək ki, İbrahim Məscidi hazırda Məscidi Haram, Məscidi Nəbəvi və Məscidi Əqsadan sonra dünyadakı ən qədim 4-cü məsciddir. Məsciddə eyni zamanda 12 min nəfər namaz qıla bilir./

Google+ WhatsApp ok.ru