Sionist rejimin nümayəndəsi Sankt-Peterburq iclasından qovulub

Sionist rejimin nümayəndəsi Sankt-Peterburq iclasından qovulub

 
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Parlamentlərarası İttifaqın (PAİ) Assambleyasının  iclası öz işini yekunlaşdırıb.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, PAİ-nin 171-ci iclası sionist rejimin parlament heyətinin birliyin ümumi sessiysından qovulması ilə yadda qalıb. 
 
Küveytin palament sədri Mərzuq Əl-Qanim ötən gün sionist rejimin parlament sədrinin İsraildə həbsdə saxlanılan fələstinlilər barədə iddialarının yalan olduğunu bildirərək onu işğalçı və uşaq qatili adlandırıb.
 
Əl-Qanim sionist rejim palamentinin sədrinin bəyanatına reaksiyada deyib: Bu işğalçı rejimin parlamentinin nümayəndəsinin sözləri "utanmasa  adam hər iş görər" deyiminin nümunəsidir. 
 
Küveytli rəsmi sionist rejim nümayəndəsinin sözlərinin beynəlxalq terrorizmi özündə əks etdirdiyini vurğulayıb.
 
Mərzuq Qanim işğalçı İsrail rejiminin nümayəndə heyətinə deyib: Sən dünyanın şərəfli palamentlərinin sənə olan münasibətini gördükdə çantanı götürüb zalı tərk etməlisən. Zərrə qədər şərəfin varsa elə indicə zaldan çıx ay işğalçı! ay uşaq qatili! 
 
Küveytin parlament sədrinin sərt bəyanatından və bəzi ərəb nümayəndə heyətlərinin vasitəçi düşməsindən sonra iştirakçılar  Küveytin parlament sədrinin təşəbbüsünu alqışlayıb və sionist rejim nümayəndə heyəti zalı tərk etməli olub. 
 
 

Google+ WhatsApp ok.ru