Sionist rejimin Qəzzanın müxtəlif şəhərlərinə təşkil etdiyi hücumlarda 3 nəfər şəhid olub

Fələstinin keçmiş hökumət nümayəndəsi Əşrəf əl-Kudra sionist rejimin Rifah və Deyr əl-Bəlx şəhərlərinə etdiyi hücumda 3 nəfər şəhid olub, 4-ü isə yaralanıb. 
 
Maide.-azın məlumatına görə, Kudra İsrailin rejiminin Qəzzaya 7 iyuldan bu yana təşkil etdiyi hücumlarda 561-i uşaq, 255-i qadın, 98-i yaşlı olmaqla ümumilikdə 2086 adamın həyatını itirdiyini, 3 min 189-u uşaq, 1994-ü qadın , 388-i yaşlı olmaqla 10314 nəfərin yaralandığını açıqlayıb. 
 
Qeyd edək ki, İsrail illərdir mühasirə altında tutduğu Qəzzaya 7 iyulda havadan və dənizdən, 17 iyulda isə qurudan hücuma keçib. Bir aydan çox sürən hücumlardan sonra Misirdə həyata keçirilən müzakirələrin ardından qalıcı atəşkəs təmin edilməyib və Qəzzadan raket atıldığı iddiasıyla İsrail ordusu Qəzzaya yenidən hücumları bərpa edib.

Google+ WhatsApp ok.ru