Sionist rejimin qətliamları ilə bağlı beynəlxalq araşdırma başladı

Sionist rejimin qətliamları ilə bağlı beynəlxalq araşdırma başladı

-- Beynəlxalq Cəza Məhkəməsi...

Beynəlxalq Cəza Məhkəməsi (BCM) işğalçı sionist İsrail rejiminin Fələstində törətdiyi kütləvi qətliamları ilə bağlı araşdırmalara başlayıb.
 
Maide.Az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, mərkəzi Hollandiyanın Lahey şəhərində yerləşən qurumun baş prokuroru Fatou Bensuda ilkin hesabatı bu gün məhkəmə sədrinə təqdim edib.
 
O, istintaqın lazımi qaydada davam etdiriləcəyini söyləyib:
 
“Əldə edilən məlumatlar müstəqil şəkildə dəyərləndiriləcək və analiz ediləcəkdir. Mənə verilən hüquq çərçivəsində qərar verəcəyimə heç kim şübhə etməsin”.
 
Qeyd edək ki, hesabatı Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki BCM-yə təqdim etmişdi.
 
Xatırladaq ki, ABŞ-ın İsrail tərəfindən işğal edilmiş Fələstin torpağında 14 mayda Qüdsdəki səfirliyinin açılışını etdiyi gün kütləvi qətliam törədilmişdi. Belə ki, həmin gün Qəzzada keçirilən etiraz aksiyalarında 63 nəfər İsrail əsgərləri tərəfindən şəhid edilmiş, 2700-dən çoxu isə yaralanmışdı.

Google+ WhatsApp ok.ru