Sionist rejim `Məscidi-Əqsa`nın xətibinə qadağa qoydu

Sionist rejim `Məscidi-Əqsa`nın xətibinə qadağa qoydu

-- Qadağa 4 ay daha uzadıla bilər

İşğalçı sionist İsrail rejimi "Məscidi-Əqsa"nın xətibi Şeyx İkrimə Sabriyə ölkə xaricinə çıxma qadağası qoydu.
 
Maide.Az "Shafaqna"ya istinadən xəbər verir ki, qadağa 1 ay müddətində qüvvədə olacaq. Lakin, bu vaxt 4 ay daha uzadıla bilər.
 
Şeyx haqqında verilən qərarı qeyri-hüququ adlandırıb. Məlumata görə, qadağaya heç bir ittiham irəli sürülməyib və səbəb göstərilməyib.
 
Qeyd edək ki, bu, Şeyx Sabri haqqında son illərdə verilən 5-ci belə cəzadır.
 

Google+ WhatsApp ok.ru