Sionist rejim norvecli həkimin Qəzza sektoruna səfərini ömürlük qadağan edib

30 ildən artıq Qəzza sektorunun xəstəxanasında fələstinliləri müalicə edən norvecli həkim Mades Hilbertin,  bu ərazilərə səfəri Sionist rejim tərəfindən ömürlük qadağan olunub. 

Maide.az-ın məlumatına görə,bu qadağa həkimin Sionist rejim tərəfinə ünvanladığı ittihamlarla bağlı deyil. Yəhudi məmurlar bu qərarın səbəbini bildirməkdən imtina ediblər. 
Oktyabr ayında Norveçdə Tel-Aviv səfirliyi doktor Hilbertə elektron məktub ünvanlayaraq yəhudi məmurlarının qadağasından onu xəbərdar edib. 
Doktor Hilbert isə Sionist rejimin əməllərini qınayaraq bildirib: "Yəhudi məmurlarının bu qadağası tamamilə məntiqsizdir. Mən İsraildə düzgün olmayan heç bir addım atmamışam. Heç zaman İsrail qanunlarını və təhlükəsizliyini pozmamışam."
Doktor Mades Hilbert 67 yaşlı norvejli həkimdir, o müharibə nəticəsində yaralı fələstinliləri "Şəfa" xəstəxanasında müalicə edirdi, məktublarında Fələstin xəstəxanalarıının ağır vəziyyətini və yəhudi vəhşiliyi açıqlayırdı. //

 

Google+ WhatsApp ok.ru