Sionist rejim İordaniyanı işğal edir

Sionist rejim İordaniyanı işğal edir

Yəhudu miqrantlar İordaniyanın şimalında yerləşən Tubas Hirbet Əs Suveyda kəndində yaşayış evləri və qaravulxanalar inşa etməyə başlayıb. 
 
Maide.Az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi Maanın verdiyi xəbərə görə, İsrailin yaşayış yerlərini genişləndirmək üçün İordaniyada yaşayan minlərcə fələstinlinin əraziləri əllərindən alır. 
 
Yəhudi miqrantların fələstinlilərin yaşadığı Əl Suveyda bölgəsinə yaxın bir nöqtəyə müvəqqəti mənzillər qurduğu bildirilir.
 
Maan xəbər agentliyi, sionist rejimin fələstinli fermerlərin heyvanlarını otara biləcəkləri tək yer olan İordaniyanın Şadmot Mehola bölgəsində yaşayış evləri inşa etdiyini qeyd edib. 
 
Sionist İsrail qüvvələri 2014-cü ildən bəri müxtəlif bəhanələrlə İordaniyada yaşayan fələstinliləri bölgədən zorla çıxarırlar.

Google+ WhatsApp ok.ru