Sionist rejim ordusu Fələstinə girdi

 Sionist rejimin ordusuna məxsus çoxlu sayda tank və zirehli texnika Qəzzanın cənubundakı Rəfah və Xan Yunis şəhərlərindən Fələstinə girib.

Musavat.com-un “Anadolu”ya istinadən verdiyi məlumata görə, Beyt Hanun sərhədində İsrail əsgərləri ilə fələstinli özünümüdafiə dəstələri arasında silahlı toqquşmalar başlayıb. Qəzzanın şimalı və və şimal-şərqində yüzlərlə fələstinli evlərini tərk edir.

İsrail Qəzza və Rəfah şəhərlərini bombardman edir. Təcili yardım briqadaları və ambulanslar bombardman edilən bölgəyə yaxınlaşa bilmir.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada yerüstü əməliyyatına başlamaq əmri vermişdi. Netanyahunun kabinetinin bəyanatında deyilir ki, əməliyyatın məqsədi fələstinli döyüşçülər tərəfindın qazılmış tunellərin məhv edilməsidir.

Şahidlər Qəzzanın sərhədinə ağır artilleriyanın toplaşdığını bildirmişdilər.

İsrail sonuncu dəfə Qəzzada irimiqyaslı quru əməliyyatını 2008-2009-cu illərdə keçirmişdi.

Google+ WhatsApp ok.ru