Sionist rejim polisindən daha bir çirkin addım

Maide.az xəbər verir ki, Şərqi Qüdsün İsaviyyə mahalında fələstinlilərlə İsrail rejimi polisi arasında yenidən qarşıdruma yaranıb. Polisin müdaxiləsi zamanı yaralanan fələstinli gənc daha sonra həbs edilib. 
 
Sionist polislərin gözyaşardıcı qaz və plastik güllə ilə müdaxiləsinə daş və şüşə butulkalarla cavab verilib.
 
Rejimin polis sözçüsü Lupa Əs-Samri isə yayımladığı yazılı açıqlamada, Məscidi Əqsanın Məqaribə qapısında fələstinlilərin daş atması nəticəsində 1 polisinin yüngül yaralandığını və hadisə yerində müalicə edildiyini bildirib. 
 
Xatırladaq ki, rejim polisinin bazar günü səhər saatlarından etibarən Əqsaya girərək müsəlman qruplarla toqquşması və müsəlmanların məscidə girişinin qarşısını güc yolu ilə almasıyla başlayan gərginlik, bazar ertəsi səhər Əqsanın həyətinə gələn İsrail əsgərlərinin Qiblə məscidinə ayaqqabılarla girib, 5 fələstinlini həbs etməsi ilə artmışdı. 
 
İsrail parlamenti Knessette iyul ayında daş atan fələstinlilərin 20 il həbs cəzası ilə cəzalanmasını nəzərdə tutan qanun layihəsi təsdiq olunub.

Google+ WhatsApp ok.ru