Sionist rejim Qəzzanı 67 yerdən vurdu

İşğalçı İsrail ordusu 72 saatlıq atəşkəsin sona çatmasından bu yana Qəzzadakı 67 hədəfə hücum təşkil etdiklərini, Fələstindən isə 75 raket atdığını açıqlayıb.
 
Maide.az-ın məlumatına görə, atılan 75 raketdən 5-i "Dəmir qübbə" müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. 
 
Fələstinin keçmiş hökumət rəsmisi Əşrəf əl-Kudra bildirib ki, 7 iyuldan bu günə qədər şəhid olanların sayı 1898-ə yüksəlib.

Google+ WhatsApp ok.ru