Sionist rejim Qəzzaya hücumuna görə 4 milyard 600 milyon dollar pul itirib

Sionist rejimin Qəzza zolağına hücumu indiyədək bu rejimin  4 milyard 600 milyon dollar  pul itirməsinə səbəb olub. 

Maide.az-ın Ərəb mediadına istinadən məlumatına görə, Sionist rejim radiosu ötən gün bu xəbəri elan edib. 

Mlumata əsasən , sionist rejim təkcə ehtiyatda olan əsgərlərin xərclərini və aylıq maaşını ödəmək üçün 287 milyon dollar xərcləyib. Sionist rejim ordusu ehtiyatda olan 68 min əsgəri Qəzza zolağına hücum etmək üçün çağırmışdı. Həmin əsgərlərin gündəlik xərci və maaşı 129 dollar təşkil edir.  

Sionist rejim Parlamenti ötən həftə rejimin Qəzzaya hücumlarını davam etdirməsi üçün orduya daha 1 milyard dollar ayırılmasını təsdiqləyib. /

 

 

Google+ WhatsApp ok.ru