Sionist rejim Qəzzanı yenə bombaladı

Təcavüzçü İsrailin hərbi təyyarələri Qəzzaya  hava zərbələri endirib.
Maide.az xəbər verir ki, sionist rejim hərbiçiləri əl-Həyyalə və Xan Yunis şəhərlərini bombalayıblar. Sionist rejim ordusu iddia edib ki, hücum İzzəddin əl-Qəssam Tuqaylarına aid mövqelərini hədəfə alıb. Lakin, hücumlar zamanı sakinlərin evlərinə ciddi ziyanlar dəyib. Ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.
Təcavüzkar rejim ordusundan verilən rəsmi açıqlamada hücuma haqq qazandırmaq üçün bildirilib ki, zərbələr Qəzzadan İsrailin cənubuna atılan 2 roketə cavabdır./

Google+ WhatsApp ok.ru