Sionist rejim Qəzzanı yeraltı divarla mühasirəyə alır

Sionist rejim Qəzzanı yeraltı divarla mühasirəyə alır

Sionist Israil rejimi bir neçə ildir ki, guya Fələstin müqavimət qüvvələrinin Qəzzadan tunellər vasitəsi ilə hücumunun qarşısını almaq məqsədi ilə  yeraltı və yerüstü  divarların tikilməsi ideyasını irəli sürüb.  
 
Maide.Az xəbər verir ki, sionist rejimin Müharibə Nazirliyi artıq Qəzza zolağının sərhədlərində yeraltı tunellərin tikintisinə icazə verib. Ötən ay işğalçı rejimin 20 böyük şirkəti arasında  bu yeraltı tunellərin tikintisi ilə bağlı tender elan olunub.  
 
Layihəyə əsasən işğalçı rejim Qəzza zolağı sərhədlərində 60 kilometr uzunluğunda  yeraltı divar tikməyi planlaşdırır. İlkin mərhələdə divarın 10 kilometri tikiləcək.  Sionist rejim qəzetləri yazır ki, bu divar həm yerin altında və həmdə yerin üzərində tikiləcək. Divarda siqnallar quraşdırılacaq və  hər hansı bir qazıntı və sirkələnmə olarsa  orduya siqnallar ötürüləcək. Bildirilir ki,bu divarın tikintisi üçün işğalçı rejim  yarım milyon dollardan çox vəsait xərcləməli olacaq. 
 
 
 

Google+ WhatsApp ok.ru