Sionist rejim Qəzza dəniz sahilində balıq ovu sahəsini darlaşdırır 30 İyun 2017 01:00 Fələstin Sionist rejim Qəzza dəniz sahilində balıq ovu sahəsini daha da darlaşdırır. Maide.Az xəbər verir ki, sionist İsrail rejimi Qəzza dəniz sahilində balıq ovu sahəsini 9 dəniz milindən 6 dəniz milinədək darlaşdırmağı planlaşdırır. Bunu Fələstin Balıqçılar Birliyinin sədri Nezar Ayiş deyib. “Bu qərar Qəzzanın cənub və mərkəzi hissəsində balıq ovu sahəsini darlaşdırır. Oslo sazişinə əsasən Qəzza dəniz sahilindəki darlaşdırılan balıq ovu sahəsi 20 dəniz milinədək genişləndirilməlidir. İsrail rejimi bu sazişi imzalasa da ,onu yerinə yetirmir. Balıqçılara atəş açır”. Hazırda Qəzza sahillərində 4 min fələstinli balıqçı balıq tutmaqla öz yaşayışlarını təmin edir. Onlar 2007-ci ildən sionist rejim tərəfindən mühasirədə saxlanılan 2 milyondan çox fələstinlinin ən az 500 min nəfərinin qidasını təmin edir. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlarda, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından məhrub edilib. / Teqlər : #Sionist rejim Qəzza dəniz sahilində balıq ovu sahəsini darlaşdırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist İsraildən sülh axtaran ərəblərə mesaj - Heç bir fələstinli evinə qayıda bilməyəcək İşğalçı rejim əsgərləri Qüdsdə dəfn mərasimini atəşə tutdu: 35 nəfər yaralandı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar