Sionist rejim Qəzza zolağını bombalayıb

Sionist rejim Qəzza zolağını bombalayıb

Sionist İsrail rejim qüvvələri Qəzza zolağında bir neçə mövqeni bombalayıb. 
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, işğalçı rejim  Qəzza ,Rəfahda və Beyt Lahiyanın qərbində bir neçə mövqeni bombalayıb. 
 
“Almanar” televiziyası xəbər verir ki, sionist rejim  təyyarə və vertolyotları  müqavimət qüvvələrinin  6 qərargahını bombalayıb. 
 
Televiziya həmçinin elan edib ki,  Fələstin Müqavimət Hərəkatı işğalçı rejimin hücumuna cavab olaraq  Fələstinin işğal olunmuş ərazisində sionistlərin məskunlaşdığı Kissufim qəsəbəsinə raket hücumu edib. 
 
Müqavimət qüvvələrinin atdığı bir neçə raketin Tel Əvivə də düşdüyü bildirilir. 
 

Google+ WhatsApp ok.ru