Sionist rejim qırıcıları Qəzza zolağını 2 dəfə bombalayıb

Sionist İsrail rejim qırıcıları cümə axşamı günü səhər mühasirədə saxlanılan Qəzza zolağına  iki dəfə hücum edib və bombalayıblar. 
 
Maide.Az xəbər verir ki,  Fələstin KİV-lərin  məlumatına görə,  bu hücumlar  Rəfahın qərb bölgəsinə və  Nusirat qaçqın düşərgəsinə  olunub. Hələlik  Qəzzaya edilən hava hücumu nəticəsində dəyişmiş ziyan və xəsarət alanlar barədə məlumat yoxdur.  
 
Qeyd edək ki,  Qəzzaya hücum sağ yönlü ifratçı "Yəhudi evi" (Yisrael Beteinu) Partiyasına başçılıq edən Aviqdor Libermanın müdafiə naziri olmasından bir gün sonra edilib.  Liberman bir müddət öncə keçirdiyi mətbuat konfransında bildirmişdi hərbi işlər üzrə naziri vəzifəsini o vaxt qəbul edərəm ki, B. Netanyahu kabineti israillilərə hücum edən fələstinlilərin  edam edilməsi qanununu təsdiq etsin. Bundan başqa təhlükəsizlik siyasətlərində və  mühacirlərin qəbulu kimi məsələlərdə həqiqi dəyişikliklər edilsin. 
 
Lieberman-ın müdafiə naziri vəzifəsinə seçilməsini bir sıra İsrail siyasətçiləri, o cümlədən keçmiş müdafiə naziri Moshe Arens onun təyinatını “səhv” adlandırıb, Fələstin rəsmiləri isə Lieberman-ın “regional təhlükə” olduğunu dilə gətiriblər.
 
Xatırladaq ki, Sionist İsrail rejimi 2014-cü ildə Qəzza zolağına hücum etmişdi.   50 gün müddətində hücumu zamanı  2200 fələstinli  həyatını itirmişdi ki, onlardan 577-si  uşaq idi.  11 min  dən çox  insan o cümlədən 3374 uşaq və 2088 qadın  və 410  yaşlı bu təcavüz nəticəsində  yaralanmışdı. 
 

Google+ WhatsApp ok.ru