Sionist rejim qüvvələri İordan çayının qərb sahilinə hücum edib, saxlanılanlar var

Sionist rejim qüvvələri İordan çayının qərb sahilinə hücum edib, saxlanılanlar var

Sionist rejim qüvvələri bu gün səhər İordan çayının qərb sahilindəki ərazilərə basqın etdi və 13 fələstinlini heç bir ittiham irəli sürmədən həbs etdi. 
 
Maide.Az  “paltoday”ə istinadla xəbər verir ki,  işğalçı rejim əsgərlərinin amansız hücumunun ardınca sionistlər ilə fələstinlilər arasında şiddətli toqquşma baş verib.
 
Şahidlərin məlumatına görə, işğalçı rejim əsgərləri fələstinlilərə qarşı  həqiqi güllələrdən istifadə etdiyini bildirib. Hücum zamanı  bir neçə fələstinlinin yaralandığı bildirilir. 
 
Qeyd edək ki, ötən bir həftə ərzində sionist rejim əsgərləri İordan çayının qərb sahilindəki Hebron kimi bölgələrə dəfələrlə basqın edib və onlarla fələstinlini saxlayıb. 
 
 
 

Google+ WhatsApp ok.ru