Sionist rejim Suriyanın Mezze hərbi aerodromunu bombalayıb -VİDEO

Sionist rejim Suriyanın Mezze hərbi aerodromunu bombalayıb -VİDEO

Sionist rejim Suriyanın Dəməşq şəhərinin yaxınlığında yerləşən Mezze hərbi aerodromunu raket və təyyarələrlə bombalayıb. 
Maide.Az xəbər verir ki, raket zərbələrini sionist rejim  Colan təpələrindən hərbi aerodroma endirib. 
Həmçinin bildirilir ki, işğalçı Sionist rejimin  F35 tipli qırıcıları  Mezze hərbi bazasını bombalamaq üçün Livan sərhədləri tərəfindən Suriya ərazisinə soxulublar. 
Suriya Ordusunun komandanı Mezze hərbi aerodroma hücumla bağlı Sionist rejimə xəbərdarlıq edib. 
Bildirilir ki, hücum nəticəsində bir silah anbarı partladılıb, ölən və yaralanan olmayıb. 
 
 

Google+ WhatsApp ok.ru