Sionist rejim tankları Qəzza zolağına hücum edib

Sionist rejim tankları Qəzza zolağına hücum edib

-- 15 fələstinlini həbs edilib

Sionist İsrail rejiminə məxsus tanklar Qəzza zolağına zərbələr endirib

Maide.Az  Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tanklar Qəzza zolağına zərbələr endirib. İşğalçı rejim tərəfi bunu əks tərəfdən atılan fuqas bombalara cavab kimi təqdim edib. Digər məlumatda isə atəş nöqtələrinin HƏMAS müqavimət hərəkata aid olduğu qeyd edilir.

Həmçinin sionist rejim  hərbiçiləri ötən gecə  işğal olunmuş ərazilərin müxtəlif bölgələrində ən az 15 fələstinlini həbs edib. 
 

Google+ WhatsApp ok.ru