Sionist rejim və Həmas 72 saatlıq atəşkəsin elan olunmasına razılıq veriblər

 Misirin Xarici İşlər Nazilriyi bəyanat yayıb və elan edib ki, Sionist rejim və Həmas 72 saatlıq atəşkəsin elan olunmasına razılıq veriblər

Maide.az-ın əl-Məyadin-ə istinadən məlumatına görə, tərəflər arasında əldə olunmuş yeni atəşkəs rejimi bu gün Bakı vaxtı ilə 14.00-dan qüvvəyə minəcək.  

Qeyd edək ki, bundan əvvəl, avqustun 1-də Qəzza zolağında 3 günlük atəşkəs əldə olunmuşdu, lakin  sionist rejim bir neçə saat sonra razılaşmanı pozmuşdu və Rəfəh şəhərinə hücum etmişdi. .

Misirin Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb və elan edib ki, 3 günlük atəşkəs elan olunduqdan sonra, Həmas və sionist rejimin nümayəndələrinin Qahirədə görüşü keçiriləcək. Görüşdə geniş əhatəli atəşkəs sazişi çərçivəsində qarşıdurmanın  dərhal dayandırılması məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, sionist rejimin Qəzzaya hücumları nəticəsində indiyədək 1865 fələstinli şəhid olub və 9000 dən çox fələstinli isə yaralanıb.   /

 

 

Google+ WhatsApp ok.ru