Sionist İsrail əsgərləri bir fələstinli gənc qıza atəş açaraq öldürdü- VİDEO

İordan çayının qərb sahillərindəki Əl-Xəlil şəhərində "bıçaqlı hücum" cəhdində olması iddiasıyla Fələstinli bir gənc qız sionist İsrail əsgərləri tərəfindən öldürülüb.
 
Fələstinin "WAFA" xəbər agentliyi fələstinli qızın şəhərdəki Həzrəti İbrahim (ə) məscidinin qarşısındakı nəzarət məntəqəsində duran sionist İsrail əsgərləri tərəfindən qətlə yetirildiyini bildirib. Xəbərdə, öldürülən Fələstinlinin qızın şəxsiyyətinin hələlik məlum olmadığı vurğulanıb.
 
Qeyd edək ki, Sionist İsrail rejiminin fələstinlilərə hücumları və sionist gəlmələrin Əl-Əqsa məscidinə basqınları səbəbiylə oktyabr ayından etibarən bölgədə gərginlik artan xətt üzrə davam edir.deyerler/
 
Maide.az videonu təqdim edir. 
 

Google+ WhatsApp ok.ru