Sionist İsrail əsgərləri 6 fələstinlini həbs edib

Sionist İsrail əsgərləri 6 fələstinlini həbs edib

 Sionist İsrail rejim əsgərləri Qərbi Şəriyədəki fərqli bölgələrdə altı fələstinlini həbs ediblər.
 
Sionist İSrail rejim ordusunun yazılı bəyanatında fələstinlilərin "terror" hərəkatına qoşulmaları iddiası ilə nəzarətə götürüldükləri bildirilib.
 
Bəyanatda deyilir ki, sözügedən şəxslər Nablus şəhəri, əl-Cələzun, Kefr Akab kəndləri və əl-Xəlil şəhərində saxlanılıblar.
 
İsrail qüvvələri Qərbi Şəriyə və Şərqi Qüdsdə tez-tez evlərə basqın edir və fələstinlilərin həbsi üçün müxtəlif iddialar irəli sürür.
 
Fələstin nümayəndələrinin məlumatlarına əsasən, İsrail həbsxanalarında təxminən 7000 fələstinli var ki, onlardan 300-ə yaxını uşaqdır.(aa)

Google+ WhatsApp ok.ru