Sionist İsrailin özbaşınalığı Sisini də dilə gətirdi

Əbdülfəttah Sisi sionist rejimin Əqsa məscidinə hücumlar təşkil etməsini pisləyib
Misir prezidenti Əbdülfəttah Sisi sionist İsrail rejiminin təşkil etdiyi hücumların bölgəyə ağır zərbələr vuracağını bildirərək bu cür hərəkətlərin qeyri-insani olduğunu söyləyib. 
Alçaqcasına basqınların aparılmasını və Əqsa məscidinə hörmətsizlik edilməsini pisləyən Misir prezidenti sionist İsrailin beynəlxalq qanunlara əsla riayət etmədiyini bildirərək işğal güclərinin bu həftə içərisində Əqsa məscidinə dəfələrlə basqın təşkil etdiyini deyib.
Son günlərdə İşğal güclərinin Əqsa məscidinə etdiyi basqınlar nəticəsində bir çox fələstinli yaralanıb. Heç bir müqəddəs dəyərə hörmət etməyən saxta rejim bu basqınları hələ də davam etdirir.
Bu anadək sionist İsrailin bu cür təcavüzlər göstərməsinin bir çox ölkə tərəfindən pislənməsinə baxmayaraq işğal gücləri yenə də cinayətlərinə son qoymaq niyyətində deyil. islamazeri /
 

Google+ WhatsApp ok.ru