Sionist İsrail ordusuna qadın əsgərlər əvvəlkindən beş qat artıq cəlb edilir

İsrail mənbələri bildirir ki, sionist İsrail ordusunda qadınların işə götürülməsi 250 faiz artıb.
Maide.az xəbər verir ki, qeyd edilən dövr ərzində İsrail ordusuna 18 yaşlı kişilərin götürülməsi 50 faiz təşkil edib.
Halbuki, 1948-ci ildə işğal olunan torpaqlarda yaşayan ərəb kəndlərinin gənclərinin Orduya cəlb edilməsi 50% azalıb və əksinə, Durüz tayfasının və Efiyopiya əsilli yəhudi əsgərlərin cəlb edilməsi 88% təşkil edib.
Bununla əlaqədar olaraq, Efiyopiya əsilli qadınların İsrail rejimi ordusuna cəlb edilməsi 58 faiz olub.
Eyni zamanda, Efiyopiya əsilli əsgərlərin həbs edilməsi nisbəti 50% azalıb, halbuki, hərbi xidmətləri başa çatmazdan əvvəl bu əsgərlərin fərariliyi 23 faiz artıb.
İsrail KİV-lərinin məlumatına görə, ordu çatışmayan kişi əsgərlərin əvəzinə qadınları əsgər kimi xidmətə qəbul edir. İsrail ordusu 4 ay əncə kişilər üçün xidmət müddətini azaltmalı idi, lakin hələlik bunu etməyib. Sionist İsrail ordusunda kişilər hazırda 3 il xidmət edir. Kişilər üçün xidmət müddəti azaldılarsa əsgər çatışmamazlığı yaranacaq deyə sionist İsrail ordusu qadınları ordu sıralarına çağırır. /

 

Google+ WhatsApp ok.ru