Sionist İsrail ordusunda yüzlərlə əsgər psixi xəstəliyə tutulub

Sionist İsrail rejiminin Qəzzada həyata keçirdiyi cinayətlərindən sonra 350-dən artıq sionist İsrail əsgərinin psixoloji müalicəyə ehtiyacı olduğu bildirilib, - “On4haber”.
"İsrael Hayom" qəzetinə istinadən verilən xəbərə görə, Sionist əsgərlər  psixoloji travma, kabus görmə və dərketmə itkisi kimi simptomlarla "Reim" hərbi bazasındakı xəstəxanaya yerləşdirilib. Məlumatda "Qoruyucu Xətt "əməliyyatından sonra xəstəxanalara müraciət edən əsgər sayında daha əvvəlki əməliyyatlara nisbətən ciddi artımın olduğu qeyd edilib. Sözü gedən əsgərlərin 80%-nin müalicəyə ehtiyacı olmadığının aşkar edildiyi bildirilib. Xatırladaq ki, sionist İsrail rejimi 2014-cü ilin  7 iyul ayında Qəzzaya təşkil etdiyi 51 günlük hücumdan sonra əksəriyyəti uşaq olmaqla, 2 mindən çox fələstinlinin ölümünə səbəb olmuşdu. İsrail isə 66-sı əsgər olmaqla, 71 nəfər itki verdiklərini açıqlamışdı. /

Google+ WhatsApp ok.ru