Sionist İsrail rejimi 15 ay ərzində 3369 fələstinlini həbs edib

Sionist İsrail rejimi 15 ay ərzində 3369 fələstinlini həbs edib

Sionist İsrail rejiminin ordusu 2015-ci ilin oktyabrından 2016-cı ilin dekabrına qədər keçən müddətdə "terror təşkilatlarıyla əlaqəsi" olduğunu irəli sürərək, 3369 fələstinlini həbs edib.
 
Məlumat sionist İsrail rejiminin ordusunun yaydığı hesabatda qeyd olunub. Hesabatda İsrail rejiminin qüvvələrinin 15 ay ərzində fələstinli 40 ailənin evinə basqın təşkil etdiyi, "terror təşkilatları əlaqəsi olması" iddiasıyla 3369 fələstinlini həbs etdiyi və əksəriyyəti fərdi hücum olmaqla yüzlərlə aksiya cəhdinin qarşısını aldığı bildirilib.
 
Fələstinlilərə aid olduğu irəli sürülən 43 silah istehsalı sexinin aşkarlandığı bildirilən hesabatda, 445 ədəd silaha və 1,5 milyon şekelin də müsadirə olunduğu bildirilib.
 
Fələstin orqanlarının məlumatlarına görə, İsrail rejimindəki həbsxanalarda, təxminən 7 min fələstinli əsir var. (deyerler.org)
 

Google+ WhatsApp ok.ru