Sionist İsrail rejimi 1 ayda 142 qadın və azyaşlını həbs edib

Sionist İsrail rejimi 1 ayda 142 qadın və azyaşlını həbs edib

Fələstin Qeyri Hökumət Təşkilatları birgə məruzə ilə çıxış ediblər.
 
Sionist İsrail rejimi təhlükəsizlik qüvvələri cari ilin yanvar ayı ərzində İordan çayının Qərb sahilində, Qəzza sektorunda və Qüdsdə keçirdiyi reydlər nəticəsində 590 fələstinli tutulub. Tutulanların 128 azyaşlı, 14-ü isə qadındır. Bu haqda məlumat Fələstin Qeyri Hökumət Təşkilatlarının birgə məruzəsində verilib.
 
Saxlanılanların 156-sı Qüds sakinləridir.
 
Məruzəyə əsasən, sionist rejiminin həbsxanalarında təqribən 7 min fələstinli var, onlardan da 300-ü azyaşlı, 51-i isə qadındır. Həmçinin 21 fələstinli jurnalist də həbs edilib. Daha 600 nəfər isə inzibati cəza alıb. (islamazeri) /

Google+ WhatsApp ok.ru