Sionist İsrail rejimi 2015-ci ildə neçə Fələstinlini həbs edib?

Fələstinli Məhbuslar Komitəsi  elan edib ki, Sionist İsrail rejimi 2015-ci ilin əvvəlindən bu günədək 6830 Fələstinlini həbs edib ki, bu 2014-cü illə müqayisədə iki dəfə çoxdur. 
Maide.az xəbər verir ki,  komitənin yayımladığı məlumata görə, 4075 fələstinli işğal olunmuş Qərb sahilində, 2353 fələstinli Beytül-Müqəddəsdə və qalanları isə Qəzza zolağının müxtəlif bölgələrində həbs olunublar. 
2015-ci ildə həbs olunmuş fələstinlilərdən 2179 nəfəri 11-18 yaşlı yeniyetmələrdir. Həbs olunanlar arasında 225-i isə qadındır. 
Komitənin statistikasına görə, sionist rejim ötən 3 ay ərzində həbs olmuş  650 nəfərin həbs müddətini uzadıb. Onların həbs müddəti 2-6 ay arası uzadılıb. /
 
 

Google+ WhatsApp ok.ru