Sionist İsrail rejimi ərəb kəndi olan Arakibi 119-cu dəfə dağıdıb

Sionist İsrail rejimi ərəb kəndi olan Arakibi 119-cu dəfə dağıdıb

Sionist İsrail əsgərləri ölkənin cənubunda yerləşən Nəcəf çölündə məskunlaşmış fələstinlilərin yaşadığı Əl-Arakib kəndinə hücum edib.
 
Arakibi Müdafiə Komitəsinin üzvü Əziz ət-Turi "Anadolu" agentliyinə bildirib ki, İsrail qüvvələri kəndə səhər saatlarında hücum edib və evlərin lisenziyasız olduğu iddiasını irəli sürərək hamısını buldozerlə dağıdıb.
 
İşğalçı İsrailin Arakib kəndində 2010-ci ilin iyul ayından bu yana 119-cu dəfə dağıntı törətdiyini söyləyən Turi, "İsrail bundan əvvəl kəndimizi ayda bir dəfə dağıdırdı, indi isə iki və ya üç həftədə bir dəfə məhv edirlər. Amma biz torpaqlarımızda möhkəm şəkildə dayanacağıq və İsrailin dağıtdığı evləri yenidən inşa edəcəyik. Çünki bura bizim torpağımızdır", - deyib.
 
Arakib kəndində  87 fələstinli yaşayır. İsrail rejimi kəndin qeyri-qanuni yollarla yaradıldığını iddia etsə də, kənd sakinləri bu torpaqların İsrailin yaranmasından xeyli əvvəl ulu babalarından onlara miras qaldığını vurğulayırlar.
 
Nəcəf bölgəsindəki kəndlərə elektrik və su kimi həyat üçün zəruri olan xidmətlər göstərilmir.
 
Fələstin mənbələrinə görə, işğalçı İsrail rejimi indiyə qədər 220 min fələstinlinin yaşadığı 4 milyon 856 min hektarlıq Nəcəf səhrasının 4 milyon 450 min hektarını işğal edib. (faktxeebr)
 

Google+ WhatsApp ok.ru