Sionist İsrail rejiminin cinayətlərinə etiraz edən fələstinlilər küçələrə axışdılar

Fələstinlilər sionist İsrail rejiminin cinayətlərinə etiraz etmək üçün küçələrə axışdılar.
Deyerler.org Haber7-yə istinadən xəbər verir ki, Şərqi Qüdsdə yaşayan fələstinlilər, sionist İsrail qüvvələrinin öldürülən fələstinlilərin cənazələrinin yaxınlarına təslim edilməməsinə və məhəllənin giriş çıxışlarının beton bloklarla bağladılmasına etiraz ediblər.
Yaşadıqları yerlərin girişlərinə hərbi nəzarət nöqtələri qurulmaqla hərəkət sahələrinin məhdudlaşdırmasının dayandırılmasını tələb edən Şərqi Qüds əhalisi dünən axşam Cəbəl Mukabbər məhəlləsində toplaşaraq, bu nəzarət nöqtələrindən birinə doğru yürüş ediblər.
 
Əllərində Fələstin bayraqları ilə sionist İsrail rejiminin işğalına etiraz edən şüarları daşıyan nümayişçilər, sionist əsgərləri tərəfindən öldürülən fələstinlilərin cənazələrinin dərhal ailələrinə təhvil verilməsini tələb ediblər. Öldürülən Fələstinlilərin şəkillərini daşıyan nümayişçilər, "Qanımız canımız sənə fəda olsun, ey şəhid" şəklində şüarlar səsləndiriblər. Nümayişçilərin yürüşə başladığı vaxt xeyli sayda sionist əsgərlərin əraziyə gətirilıdiyi qeyd olunub. /

Google+ WhatsApp ok.ru