Sionist İsrail rejimi Qüdsə və Qərb Sahillərinə bir ayda 80 dəfə hərbi təcavüz edib

Sionist İsrail rejimi Qüdsə və Qərb Sahillərinə bir ayda 80 dəfə hərbi təcavüz edib

Sionist İsrail rejimi Qüds və Qərb sahilində  müqəddəs məkanlara  bir ayda 80 dəfə hərbi təcavüz edib
 
Fələstinin Vəqflər və Dini İşlər Naziri Yusif Üdeys bildirib ki, işğalçı İsrail rejimi təkcə 2017-ci ilin yanvar ayında sionistlər Qüds və Qərb sahilində  müqəddəs məkanlara 80 dəfədən çox təcavüz edib.
 
Maide.Az xəbər verir ki, Y.Üdeys deyib ki, cari ilin yanvar ayında baş verən bu təcavüzlər çox vaxt radikal sionistlərin Əqsa məscidinin ərazisinə təhrikedici yürüşləri ilə müşahidə olunub. İşğalçı sionist rejimi Əqsa məscidinin ərazisinə qanunsuz olaraq soxulan sionist yəhudləri dəstəkləməklə  bu islami müqəddəs məkandan istifadədə vaxt və yer bölgüsü aparmaq istəyir. 
 
O deyib ki, işğalçı sionist rejimi olan İsrail tam ciddiyyəti ilə çalışır ki, Qüdsü və Əqsa məscidini yəhudiləşdirsin.
 
Y.Üdeys deyib ki, Tel-Əvivin siyasətləri fələstinlilərə müxtəlif cəhətdən təzyiqlər üzərində qurulub. “Onlar fələstinlilərə qeyri-məntiqi vergilər qoyur, dərs proqramlarını sansur edir, müsəlmanları Əqsa məscidinə giriş postlarında təhrikedici fiziki yoxlamalara məruz qoyur və müsəlmanların Əqsa məscidi yaxınlığındakı mülklərini əllərindən alır”. (iqna) /                        

Google+ WhatsApp ok.ru