Sionist İsrail rejimi Qüdsdə məscidin sökülməsi haqqında göstəriş verdi

Sionist İsrail rejimi Qüdsdə Əl-Qə`qa məscidinin sökülməsi haqqında göstəriş verdi
 
Sionist rejimi fələstinlilərin evlərinin və dini məkanlarının sökülməsinin ardınca, bir məscidin və 10 mənzilin sökülməsi haqda sərəncam verib.
 
Maide.az xəbər verir ki, sionistlər bu məscidi sökmək üçün onun tikinti icazəsinin olmamasını bəhanə gətiriblər.
 
Əl-Qə`qa məscidinin qəyyumu hani Əbutaye deyib ki, Sionist rejim  bu addımı atır, halbu ki, bu məscid üç il əvvəl Məscid əl-Əqsanın cənubunda inşa edilib və 120 metr sahəsi var.
 
Sionist İsrail rejimi habelə Qərb sahilində yerləşən Nablus şəhərində fələstinlilərə məxsus 10 yaşayış binasını uçurtmaq niyyətindədir.
 Verilən xəbərə görə, bu mənillər israillilərə məxsus “Ehya” qəsəbəsinin yaxınlığında yerləşir.
 Qərb sahilində qəsəbələrin salınması ilə bağlı cinayət işinə nəzarət edən Ğəssan Dəğləs deyib: Bu yaşayış evləri 1975-ci ildə inşa edilib və söküntü ilə bağlı xəbərdarlıq məktubu sakinlərdən 50 nəfərinə təqdim edilib. /
 

Google+ WhatsApp ok.ru