Sionizmin işğal metodlarından biri: Zeytun bağlarını, yaşıllıqları məhv etmək (KARİKATURA)

Sionizmin işğal metodlarından biri: Zeytun bağlarını, yaşıllıqları məhv etmək (KARİKATURA)

İşğalçı sionizmin 70 ildir davam etdirdiyi zorakılıq və təcavüz siyasəti təkcə döyüş meydanlarında, yaxud yaşayış ərazilərində insanların öldürülməsi, həbsi və sürgün edilməsilə məhdudlaşmır. İsrail rejiminin Fələstini tədricən və tamamilə ilhaq etmək siyasətinin icra metodlarından biri də yerli əhalinin dolanışıq mənbəyi olan meyvə bağlarının məhvidir.
 
Demək olar hər həftə işğalçı rejim ordusu və ordunun mühafizə etdiyi fanatik israilli miqrantlar fələstinli bağbanların uzun illərdir minbir zəhmətlə bəsləyib yetişdirdiyi zeytun ağaclarını dibindən kəsərək məhv edir, kökündən qoparır, bütöv bağları yandırır, hətta yetimiş məhsulları oğurlamaqdan belə çəkinmirlər.
 
İşğal dövründə minlərlə zeytun ağacı məhv edilib. İşğalçılar yaşı yüzlərlə ilə çatan qədim ağaclardan tutmuş, yenicə əkilmiş tingləri belə məhv etməkdədirlər.
 
Məqsəd isə məlumdur: Fələstin xalqının güzəranını pisləşdirmək, psixoloji təzyiq etməklə öz yurdundan didərgin salmaq, yaxud bağbanları hövsələdən çıxararaq sərt cavab verməyə təhrik etmək və dərhal onlara "cinayət və terror" damğası vuraraq həbs etdirmək, torpaqlarını, mülkünü müsadirə etmək.
 
Ən dəhşətlisi isə budur ki, bu qəddar metod günümüzdə də davam edir.
 
Mövzunu tanınmış karikaturaçı Məhəmməd Səbanə belə əks etdirib: /felestin.info /
 
 

Google+ WhatsApp ok.ru