Siqaretdən niyə imtina etməli? Həkim MƏSLƏHƏTİ

Siqaretdən niyə imtina etməli? Həkim MƏSLƏHƏTİ

 
    
 
Oxuculara doktor Qüdrət Qəhrəmanovun tibbi məsləhətlərinin təqdimatına davam edirik. Q.Qəhrəmanov 2005-də Azərbaycan Tibb Universitetini bitirib. Sonra 2 il Sankt-Peterburq Tibb Akademiyasında ümumi cərrahiyyə üzrə ordinatura keçib. Laporoskopik və endokrin cərrahiyyə üzrə Türkiyə Heydərpaşa Xəstəxanası, Ankara Ulus Dövlət Xəstəxanası, Hacettepe Universitetlərində kurslarda olub, müxtəlif cərrahi kongreslərdə iştirak edib. Hazırda Modern Hospitalda ümumi cərrahdır. 
 
 
Siqarettdən imtina et!
 
Siqaret çəkmək – ən çox yayılmış vərdişdir ki, insan orqanizminə böyük zərər gətirir və gələcək fəaliyyətinə maneə törədir. Siqaretdən sağlamlıq naminə imtina edilməlidir.
 
Bu günə qədər siqaretdən azad olmağın müxtəlif üsulları araşdırılmış və ictimaiyyətə təqdim olunmuşdur. Lakin ziyanın nə qədər böyük olduğunu insan dərk etməsə, siqaretdən imtina edə bilməyəcək. Sizlərə siqaretin verdiyi ziyandan söz açırıq.
 
Siqaret sağlamlığa ziyandır. Hər il dünyada siqaretin səbəbkar olduğu xəstəliklərdən 5 milyon insan dünyasını dəyişir!
 
Siqaret arteriyaları tutur və ürək xəstəliklərinə gətirib çıxara bilir. Siqaret çəkənlərin ürək döyüntüləri sağlam insandan 15000 döyüntü çoxdur. Damarların sıxılması nəticəsində oksigen qidalanması aşağı düşür.
 
Siqaret çəkmək nəfəs orqanlarının xəstəliyinə gətirib çıxarır. Pnevmoniya, xroniki bronxit və emfizema.
 
Tütün və tütün tüstüsü 3000 kimyəvi birləşmələrdən ibarətdir ki, 60-dan çoxu kanseroqendir. Belə ki, kanseroqen birləşmələr qenetik hüceyrələri zədələyə bilir, xərçəng şişlərinin yaranmasına səbəb olur. Artıq sübut olunub ki, siqaret ağ ciyər xərçənginin yaranmasında 90% kimi yüksək ehtimala malikdir.
 
Siqaret çəkmək göz zəifliyinə gətirib çıxarır. Alimlər neçə illərdir ki, bu barədə fərziyələr irəli sürüblər və müasir texnologiyaların köməyi ilə bu sübut olunmuşdur. Siqaretin tərkibində olan maddələr görmə qabiliyyətinə zərər vura bilərlər. Bu maddələr gözdə gedən qan dövranının ritmini poza bilərlər. Hər bir siqaret çəkənin görmə qabiliyyətini itirmək riski vardır.
 
Elə xəstəliklər var ki, sırf siqaret səbəbkar olur. Misal üçün ayaq damarlarının tutulması. Damarlar tutulur və qan dövranı pozulur. Hətta ən pis halda ayağın amputasiyası istisna olunmur. Təkcə Rusiya Federasiyasında ildə 20 min siqaret düşkünün ayaq amputasiyası əməliyyatı keçirilir.
 
Kliniki araşdırmalar nəticəsində məlum olub ki, siqaret çəkənin dərisi, çəkməyənin dərisində daha tez qocalır. Məsələn sübut olunmuşdur ki, 40 yaşlı siqaret çəkən bir insanın dərisi 70 yaşlı siqaret çəkməyən insanın dərisi ilə eyni struktura malik ola bilir.
 
Siqaret çəkən kişilərdə impotensiyaya 3 dəfə çox rastlanılır. Beləki, nikotin cinsi orqanların damarılarını yığır.
 

Siqaret fiziki sağlamlıqla yanaşı, psixolojı təsirlərə də malikdir. Siqaret çəkənlər daha əsəbi olurlar. Nəticədə insan psixolojı tarazlığını itirir, hər xırda hala görə özündən çıxa bilir. (modern.az) /

 

 


 

Google+ WhatsApp ok.ru