Siqaretdən daha qorxulu: piylənmə və artıq çəki

Siqaretdən daha qorxulu: piylənmə və artıq çəki

Köklük hazırda dörd geniş yayılmış xərçəng növünün yaranmasına siqaretdən daha çox səbəb olur.
 
Bağırsaq, böyrək, yumurtalıq və qaraciyər xərçəngini daha çox köklük yaradır, nəinki siqaret çəkmək, Britaniya Xərçəng Araşdırmaları xeyriyyə təşkilatı bildirir.
 
Qurum milyonlarla insanın artıq çəkisinə görə xərçəng riski daşıdığını və həddindən artıq kök insanların siqaret çəkənləri ikidə bir nisbətində üstələdiyini deyir.
 
Qurumun köklük-xərçəng riskini göstərən yeni reklam bilbordu tənqidlərə səbəb olub.
 
Tənqidçilər deyirlər ki, təşkilatın "Artıq çəki də xərçəng yaradır" cümləsi yazılmış siqaret qutularının rəsimləri əks olunmuş reklamı köklüyü aşağılayır.
 
Britaniya Xərçəng Araşdırmaları isə bu iddiaları rədd edirək deyir ki, məsələ nə kök insanları günahlandırmaqda, nə də siqaret və köklüyün xərçənglə müqayisə edilməsindədir. Hər ikisi insanların xərçəng riskini artırır.
 
Əslində Britaniyada siqaret xərçəng riskini artıran səbəblər arasında hələ də birincidir.
 
Lakin dörd geniş yayılmış xərçəng növündə səbəb kimi artıq çəkinin adı çəkilir.
 
Hesablamalara görə, hər il 42 min yeni bağırsaq xərçəngi halının səbəbi 4800 dəfə köklük, 2900 dəfə isə siqaret olub.
 
Böyrək xərçəngində 12900 haldan 2900-nün səbəbi köklük, 1600-nün səbəbi siqaret olub. 5,900 qaraciyər xərçəngi halına 1,300 dəfə köklük, 1200 dəfə siqaret səbəb olub.
 
7,500 yumurtalıq xərçəngi halında isə 490 halını artıq çəki, 25 halı isə siqaret yaradıb.
 
Artıq çəki və xərçəng arasında əlaqə təyin edilsə də, onun bioloji mexanizmləri tam aydın deyil.
 
Yağ hüceyrələri əlavə hormonlar yaradır və böyümə faktorları bədənə daha çox bölünmə əmrini verir. Bu xərçəng hüceyrələrinin yaranma şansını artırır.
 
Fiziki hərəkətlilik də bunda rol oynayır, mütəxəssislər deyirlər.
 
Birinin artıq çəkili olmasının hələ həmin şəxsin mütləq xərçəng tutacağı anlamına gəlmir, lakin o şəxsin xərçəng olmaq riski artır. Və bu risk insanın kökəlməsi və neçə müddət kök qalması ilə də çoxalır.
 
Britaniya Xərçəng Araşdırmalarına görə, 13 cür xərçəng köklüklə əlaqəlidir:
 
Döş xərçəngi (menapauzadan sonra)
 
Bağırsaq
 
Pankreatik
 
qida borusu
 
qaraciyər
 
böyrək
 
yuxarı mədə
 
öd kisəsi
 
bətn
 
yumurtalıq
 
tiroid
 
qan
 
beyin xərçəngi /bbc /

Google+ WhatsApp ok.ru