Sisi 2030-cu ilədək Misirin prezidenti ola bilər

Sisi 2030-cu ilədək Misirin prezidenti ola bilər

Misir millət vəkilləri hazırkı dövlət başçısı Abdul Fattah al-Sisinin 2030-cu ilədək prezident olmasına imkan verəcək qanun dəyişikliyi qəbul ediblər.
 
Sisi tərəfdarlarının çoxluq təşkil etdiyi parlament aprelin 16-da sözü gedən Konstitusiya dəyişikliyinə səs verib.
 
İndi bu qərar ümumxalq referendumuna çıxarılmalıdır.
 
Sisinin prezidentlik dövrü 2022-ci ildə başa çatır. O hazırda ikinci prezidentlik müddətindədir.
 
Konstitusiyaya dəyişiklik təklifi Sisinin hazırkı prezidentlik müddətini 4 ildən 6 ilə artırır və ona növbəti seçkidə iştirak etmək hüququ verir.
 
Qanun dəyişikliklərindən biri də hərbiyyənin siyasətdəki rolunun artırılmasını nəzərdə tutur, bundan başqa prezidentə əlavə səlahiyyətlər tanıyır.
 
Sisi prezidentliyə 2014-cü ildə islamçı prezident Muhammad Morsi kütləvi etiraz aksiyaları nəticəsində devrildikdən sonra gəlib.
 
O ötənilki prezidnet seçkisində 97 faiz səslə qalib olub.
 
Beynəlxalq insan haqları təşkilatları Sisini fərqli düşüncə üzərinə hücumlara, on minlərlə insanın məhbus edilməsinə görə tənqid edir. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru