Sisiyə şok etiraz – Görüş ləğv olundu

Almaniya Federal Məclisinin rəhbəri Norbert Lombert  gələn ay Almaniyaya səfər etməsi gözlənilən Misir prezidenti Əbdülfəttah əl-Sisi ilə görüşməsini Misirdəki insan hüquqlarının pozulmasına görə ləğv edib.
 
Maide.az xəbər verir ki, Lombert bu barədə Misirin Berlindəki səfirliyinə göndərdiyi yazıda görüşün ləğv edilməsinin səbəblərini geniş şəkildə izah edib.
 
O yazıb ki, Misirdəki mövcud siyasi qarışıqlıq ölkədə sülh və demokratiyanın inkişafına yol açmayacaq. Buna görə də Lombert Sisi ilə görüşməyə bir səbəb görmür.
 
Xatırladaq ki, Misirdə ötən həftənin sonunda “casusluq” və “həbsxana basqınları” ilə bağlı aparılan məhkəmə işlərinin yekununda aralarında inqilabla devriən sabiq prezident Məhəmməd Mursi də olmaqla 106 nəfər haqqında edam qərarı verilib.

Google+ WhatsApp ok.ru