Siyəzəndə yük furqonu aşıb, 3 nəfər yaralanıb

Siyəzəndə yük furqonu aşıb, 3 nəfər yaralanıb

Siyəzən rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Maide.Az bildirir ki, "Report"un Şimal bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Babayev Rəsul Ağaşah oğlunun Siyəzən şəhəri ərazisində sükanı arxasında olduğu "90-CL-983" dövlət qeydiyyat nişanlı "Ford Transit" markalı yük furqonu idarəetmədən çıxaraq aşıb.
 
Nəticədə sürücü və Xaçmaz rayonunun Çiləgir kəndindən olan sərnişinlər - 1982-ci il təvəllüdlü Nağdıyev Rafiq Ağamalı oğlu və 1979-cu il təvəllüdlü Səlimov Elnur Nəcib oğlu müxtəlif bədən xəsarətləri alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
 
Onlardan sürücünün vəziyyəti qənaətbəxşdir, digər yaralıların vəziyyəti isə ağırdır.
 
Faktla bağlı Siyəzən rayon Polis şöbəsində araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru