Siyasətçilərin jestlərindəki gizli mesajlar - FOTO ARAŞDIRMA

Bəzən insan barədə müəyyən nəticələri çıxarmaq üçün onun duruşuna və hərəkətlərinə nəzər salmaq kifayətdir. 
Duruşlar isə müxtəlifdir. Məsələn, başını qaldıraraq çiyinləri düzəlmiş halda durmaq olar və ya belini bükərək, başı aşağı durmaq da mümkündür. Əllər yala salınmış, irəlidə və ya arxada çarpazlaşdırılmış forma da ola bilər. Amma bu duruşlar adi həyatda deyil, siyasi arenada böyük mənalar kəsb edir, insanın xarakterini göstərir. Həmin jestləri göstərən şəxsin nə düşündüyünü, nə hiss etdiyini və ya nə istədiyini anlamaq mümkündür. 
Bu jestləri FaktXəbər-in sosial-psixoloqu Zaur Nəsirov araşdırıb. Onları təqdim edirik.
 
Aşağıdaki iki şəkilə diqqət edin:
Birinci şəkildə biz Vladimir Putinin görüşdüyü şəxs bir qədər qabağa əyilib. Onun bu hərəkəti müdiriyyətin bütün istəklərini  tam yerinə yetirməkdə və onu razı salmaqda hazır olduğunu deyir.
İkinci şəkildə isə Putinlə bərabər qamətli şəxsi görürük. Bərk əl sıxışması, möhkəm xarakter və iti baxış. Yəni “heç cür nökərliyə hazır deyiləm”, - deməkdir. 
 
 
Duran vəziyyətdə, çarpazlaşdırılmış əllər
 
Çeçenistanın ikinci prezidenti Aslan Məshədovun bu jesti səhnədə və ya auditoriya qarşısında duran insan üçün tipikdir. Yəni insan elə bil ki, özü özünü əlində saxlayır. 
Bu nədir? İş orasındadır ki, böyük auditoriyanın gözü önündə psixoloji həyəcan keçirdiyimiz üçün əllərimizi hara qoyacağımızı bilmirik.  
Əgər belə anda siz sinədə əlləri çarpazlaşdıracaqsınızsa, onda bu həyacanla dolu qoruyucu jestdir.  Sinədə çarpazlaşdırılmış əllər özü qarşısında həddən artıq diqqətdən və "bağlayan" qoruyucu baryeri yaratmaq cəhdindən xəbər verir. Qarşıdakı şəxs bu hərəkəti tez gördüyü və anladığı üçün siyasətçi özünü belə zəif görünməyə icazə verməməlidir. Ona görə də səhnədə sinədə çarpazlaşdırılmış əllər əvəzinə digər az maneəli jestlərdən istifadə edilməlidir. 
Bu jestin (oturaq vəziyyətdə) ikinci variantını ABŞ-ın eks-prezidenti Bil Klintonda görmək olar. Hesab edilir ki, bu duruş valideynlərin əlimizdən tutduğu uşaqlıq anlarını xatırladır. Hansı ki, biz həmin zaman özümüzü tam olaraq müdafiədə hiss edirdik. Böyüyəndə də bizim bəzən bu cür müdafiəyə ehtiyacımız olur və istəyirik ki, kimsə yanımızda olub bizim sevsin, müdafiə etsin. Ona görə də bu cür vəziyyət alırıq və özümüz öz valideynimizə çevrilərək emosional tarazlıq hissini bərpa edirik. Göstəririk ki, bizim heç kimə ehtiyacımız yoxdur.
Həmçinin düz qamətdə poz vermək də insanı xarakterizə edə bilər. Məsələn, dik duraraq sinəni qabağa vermək və başı qaldırmaq özünə arxayın insanın pozudur. 
  
 
 
Əlləri arxada tutmaq
 
Bəzən insan öz əllərini axrasında gizlətməyə üstünlük verir. Çünki əlləri irəlidə çarpazlamaq digər insanlardan bir növ qorunmaq deməkdir. 
Belə jestlər ən çox özünə arxayın insanlar  və ya hökmlü peşələrin insanları - həbsxana nəzarətçiləri, məmurlar, polislər, direktorlar və siyasətçilər işlədirlər.
İnsanlar əllərini arxada fərqli şəkildə tuturlar. Məsələn, əgər biri bir əlini biləyindən və hətta dirsəyinə kimi tutursa bu o deməkdir ki, insan məyusdur. Və əgər insan özünü biləkdən tutursa iddia etmək olar ki, o insan özünə tam əmindir və digərlərdən öz üstünlüyünü hiss edir. 
Əlləri başının arxasında çarpazlamaq
 
Bəzi jestlər üstünlük və yüksək sosial statusu aydın göstərir. Adətən bu hərəkəti edən müdir və ya nüfüzlü bir şəxsiyyətdir. Siz əgər müdirinizlə belə danışsaz, o qəzəblənə bilər. 
Belə bil jestə ən tipik məna hakimiyyət və üstünlükdür. 
 
 
Barmaqları öndə daraqlamaq
 
Bu jest nəyi ifadə edir? Adətən bu jesti edən adam gülümsəyərək mehribanlıq göstərir. Əslində isə bu jest özündə qəzəb və düşmənçiliyi gizlədir. Sadəcə, bunu gizlətmək istəyən şəxs barmaqlarını daraqlayaraq gülümsəyir. Daraqlanmış barmaqlar yuxarı qalxdıqca deməli həmin adamda düşmənçilik və qəzəb daha çoxdur.
Danışıqlarda bu əhəmiyyətlidir. Həmsöhbətin əlləri bu pozda olarsa, onunla razılaşmaq çətin olacaq. Ona görə də taktikanı dəyişmək lazımdır ki, həmsəhbət daha pozitiv və əlverişli pozda dursun. 
Lakin onu unutmayın ki, jestlər məqsəd deyil. Onlar təkcə ünsiyyətə yol göstəriciləridir. Yəni bizə oyrədir ki, harada susmaq, harada isə danışmaq lazımdır. 
 
 
 
Barmaqları uc-uca birləşdirmək 
 
Bu jest olduqca nadir və başqa jestlərdən ayrılıqda istifadə olunur. Bu jest adətən arxayınlıq və “hər şeydən xəbərdar”lığı bildirir. Adətən tez-tez əmr və ya sərəncamları verən kəslər barmaqları uc-uca birləşdirir. Bu tək hərbçilərə deyil, müdirlərə və istənilən şirkəti idarə edən menecerlərə də aiddir. 
Bütövliklə əllərin bu vəziyyətini konstruktiv bir jest kimi hesab etmək olar. O bizə arxayın və hər şeydən xəbərdar insanın mövqeyini göstərir, hansı ki, nə istədiyini bilir. Həmçinin bu jestdən fikrini bəyan edən şəxs istifadə edir. 
 
 
 
Alt dodağa toxunmaq
 
Bədən hərəkətlərinin dilində  (siyasi və qeyri-siyasi) alt dodağa toxunmaq bunu bildirir ki, insan hansısa bir ciddi qərarı qəbul etməzdən əvvəl düşünür. Sanki o, öz dodağı ilə məsləhətləşir. Yəni təxminən belə: dodaq, bu mənə lazımdır  ya yox?
Əgər siz bu jesti müşahidə etdirsinizsə, danışıqlar sizin xeyrinizə olsun deyə, hökmən “lehinə” arqumentini əlavə etməlisiz.  Yəni insan öz dodağı ilə məsləhətləşməlidir ki, danışıqlar uğurlu olsun.  
Dodaq bədənin olduqca hissiyatlı elementi olduğu üçün insan ona toxunanda, bu o deməkdir ki,  sözügedən məsələ tərəf üçün maraqlıdır. Bir sözlə, insanın alt dodağına toxunması onun üçün bir məsələnin olduqca maraqlı olduğu deməkdir. 
 
 
Çənəni sığallamaq 
 
Bu jest məna baxımından “dodaq ilə məsləhətləşmə” jestinə çox yaxındır. Yəni çənəni sığallayan insan seçim qarşısındadır. O düşünür ki, hansı qərarı qəbul etsin və ya yaranan vəziyyətdə necə hərəkət etsin. 
Bu jestə əlavə olunan hərəkət insanın anlaşılmayan yerə baxmasıdır. Sanki o sizi eşitmir və qulaq asmır, öz düşüncələrində qərq olub. 
Bu an ondan, “Nə oldu, əməkdaşlıq müqaviləsini imzalamağa razısınızmı” kimi sualları soruşmaq tövsiyə edilmir. 
Həmçinin, bu jestin müsbət cəhəti budur ki, insan sizin təklifiniz barədə düşünür. Və bu  o deməkdir ki, siz istədiyinizə nail ola bilərsiz. 
Bunun mənfi cəhəti də aşkardır: vəziyyət sona kimi məlum deyil. Yəni insan sizin təklifinizlə razılaşmaya da bilər.

Google+ WhatsApp ok.ru