Siyasi layihənin reallaşması üçün 50 milyard dollar ayrılacaq

Siyasi layihənin reallaşması üçün 50 milyard dollar ayrılacaq


"Əsrin müqaviləsi"nin iqtisadi tərəfində siyasi layihənin reallaşması üçün 50 milyard dollar ayrılacaq

Maide.Az "Felestin.info"-ya istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşner Bəhreyn konfransında "Əsrin müqaviləsi"nin iqtisadi tərəfini açıqlayacaq.

"Reuters"in bildirdiyinə görə, Ağ Evin yaydığı sənədlər Kuşner və köməkçiləri tərəfindən hazırlanan planla bağlı bir sıra gerçəkləri ortaya çıxarıb.

Kuşner və qrupu 25-26 iyun tarixlərində Bəhreynin paytaxtı Manamada keçiriləcək iqtisadi konfransda təkliflərinin dəstək tapacağına ümid edir.

Plana əsasən, toplanacaq 50 milyard dolların 28 milyard dolları İordan çayının qərb sahili və Qəzza zolağına, 7,5 milyard dolları İordaniyaya, 9 milyard dolları Misirə və 6 milyard dolları Livana gedəcək.

Ağ Ev toplanacaq pula ən böyük töhfəni körfəz ölkələrinin verməsini gözləyir, Kuşner ABŞ-ın da kömək etməyi düşünəcəyini qeyd edib.

Plana görə, toplanacaq pullar Fələstin torpaqları və üç ölkə iqtisadiyyatı üçün yaradılan fonda qoyulacaq və fond çoxmillətli assambleya tərəfindən idarə ediləcək.

Plana əsasən, həmçinin 147-si İordan çayının qərb sahili və Qəzza zolağında, 15-i İordaniyada, 12-si Misirdə və 5-i Livanda olmaq üzrə 179 iqtisadi inkişaf layihəsinin maliyyələşdiriləcəyi bildirilib.

Sözügedən layihələrin infrastruktur, su, elektrik, telekommunikasiya, turizm və səhiyyə obyektlərini ehtiva etdiyi qeyd edilib.

Google+ WhatsApp ok.ru