Siyasi məhbuslarla bağlı vahid hesabat yayıldı (Siyahı)

Hesabat 5 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

Sənədə 97 nəfərin adı daxil edilib
 

Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumları daha da dərinləşən siyasi məhbus probleminə diqqəti cəlb etmək üçün hesabat yayıblar. 

Siyasi motivli həbslərin və azadlıqdan məhrum edilmələrin sayı 26 yanvar 2013-cü il tarixdə Avropa Şurası Parlament Assambleyasında "Azərbaycanda siyasi məhbus məsələsinə baxış" üzrə Qətnamənin qəbul edilməməsindən sonra daha da artıb. Azərbaycanın 4 may 2014-cü ildən Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlaması da vəziyyəti müsbətə doğru dəyişməyib. Hesabat 3 avqust 2014-cü il tarixinə qədər siyasi motivli saxta ittihamlarla həbs edilən və azadlıqdan məhrum edilən və göstərilən tarixə qədər azadlığa buraxılmayan siyasi məhbusların işləri əsasında hazırlanıb. Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit olunmuş kiteriyalar əsasında müəyyən edilib. 

Hesabat hazırlanarkən siyasi məhbus məsələsi ilə məşğul olan çoxsaylı yerli və beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılıb, o cümlədən nüfuzlu beynəlxalq insan haqları təşkilatlarının hesabatları, Azərbaycanın üzvü olduğu və qarşısında öhdəlikləri olan təşkilatların, xüsusən də Avropa Şurasının müvafiq sənədləri öyrənilib, mətbuatın monitorinqi aparılıb, məhkəmələrin müşahidəsi həyata keçirilib, məhkəmə hökmləri və digər hüquqi sənədlər təhlil edilib, hesabata daxil edilən siyasi məhbusların vəkilləri və ailə üzvləri, müdafiə komitələri ilə görüşlər təşkil edilib. Hesabat hər bir siyasi məhbus barədə detallı məlumatları, həmçinin hər bir həbsin əsl səbəblərini, bu zaman yol erilmiş qanun pozuntularını, siyasi məhbusların fotoşəkillərini (bəzilərini tapmaq mümkün olmayıb) özündə əks etdirir. Hesabatda siyasi məhbuslar aşağıdakı kateqoriyalar üzrə bölünüb:

a. Jurnalistlər və bloggerlər

b. Hüquq müdafiəçilərı;

c. Gənc fəallar; 

d. Müxalifət fəalları;

e. İnanclı fəallar; 

F. Ömürlüklər;

g. Digər işlər;  

 

Bir neçə kateqoriya da öz növbəsində alt kateqoriyalara bölünüb ki, bunlarla hesabatdan tanış ola bilərsiniz. Hesabata ümumilikdə 97 nəfərin adı daxil edilib.

 

 

Hesabat aşağıdakı QHT-lərin və vəkillərin vahid mövqeyini əks etdirir:

QHT-lər:

1.Azərbaycan Hüquqçular Assosiasiyası

2.Demokratiya Monitoru   

3.Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi

4.Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi

5.Hüquq Maarifçiliyi Cəmiyyəti

6.Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti

7.Media Hüququ İnstitutu

8.Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu

9.Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 

10.Siyasi Azadlıqları Müdafiə Alyansı

11.Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı 

12.Sülh və Demokratiya İnstitutu

Vəkillər:

1.Ağayev Fuad

2.Bağırov Xalid

3.Cavadlı Cavad

4.Hacıyev Namiq

5.İmanov Yalçın

6.Quliyev Elbrus əddin

7.Kərimli Nemət

8.Mehdiyev Fəxrəddin

9.Namazlı Fariz 

10.Sadıqov Elçin 

 

11.Süleymanov Elmar/
 
 Sənədin tam mətni ilə buradan tanış ola bilərsiniz.
 
 

 

Google+ WhatsApp ok.ru