Siyasi Məhbusların Monitorinqi Mərkəzi Nardarana qoşun yeridilməsini pisləyib

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov  Nardaran hadisələrilə bağlı bəyanatla çıxış edib.
 
Bəyanatda noyabrın 26-da polis əməkdaşları və dindarlar arasında baş vermiş toqquşma zamanı həlak olanların yaxınlarına başsağlığı verilir.
 
Sənəddə T.Bağırzadənin tərəfdarlarına qarşı qeyri-adekvat qüvvənin tətbiq olunduğu, qurbansız ötüşməyin mümkünlüyü qeyd olunur.
 
“Məhkəmə hökmünə qədər yaralıları və saxlanılanları terrorçu, cinayətkar adlandırmaq qanunsuzdur. Hazırda onlar yalnız şübhəli bilinənlərdir”, - sənəddə deyilir.
 
Bəyanatda qəsəbənin blokadaya alınması pislənilir, əhalinin elektrik enerjisinə görə borcu məsələsinin həllinə dövlətin yardım göstərməsinin vacibliyi vurğulanır.
 
Bəyanat müəllifləri vəziyyətin danışıqlar yolu ilə həll edilməsi barədə Nardaran ağsaqqalarının və qadınların prezidentə müraciətini dəstəkləyirlər.

Google+ WhatsApp ok.ru