Siyasi partiyanın maşınına silahlı hücum: ölən var

Türkiyədə Bingöl vilayətinin Karlıova rayonunda Xalqların Demokratiya Partiyasına (HDP) aid mikroavtobus silahlı hücuma məruz qalıb.
 
Maide.az-ın “İHA”ya istinadən verdiyi məlumata görə, hücum nəticəsində avtomobildə olan, soyadı müəyyən olunmamış Akif adlı şəxs ölüb.
 
Həmin şəxsin seçki fəaliyyəti üçün Karlıova rayonundan qayıtdığı və Karahamza kəndinə getdiyi bildirilib.
 
Silahlı hücumun kim tərəfindən və hansı məqsədlə törədildiyi hələlik bilinmir.
 
Hadisə yerinə çoxlu polis və jandarm qüvvələri cəlb olunub.
 
Qeyd edək ki, bu bazar günü Türkiyədə parlament seçkisi keçiriləcək. Separatçı kürdlərin siyasi qolu olan HDP ölkənin 4-cü böyük partiyası (digərləri AKP, CHP, MHP) hesab olunsa da parlamentə girmək üçün lazım olan 10%-lik səs səviyyəsini yaxalaya biləcəyi şübhə altındadır.

Google+ WhatsApp ok.ru