«İşsizlik, dolu çayxana, siqaret satan sürücülər»

«İşsizlik, sosial problemlər Azərbaycanın bütün bölgələrində mövcuddur». Bunu «Yeni Müsavat» qəzetinin əməkdaşları Qazax rayonundan hazırladığı reportajda yazır:
 
«Rayonda əsas problem işsizlikdir və elə bu səbəbdən də rayon mərkəzində çayxanalar insanlarla doludur» deyə qeyd edən müəlliflər yazılarına da «İşsizlik, dolu çayxana, siqaret satan sürücülər» başlığını qoyublar.
 
Məqalədə qeyd edilir ki, insanlar saat 11-12-dən sonra çayxanalara axışır, axşama kimi çayxanalarda domino, nərd oynamaq davam edir.
 
Yazıda həmçinin deyilir ki, ancaq «Sınıq körpü» keçid məntəqəsindən normadan artıq nəsə keçirə bilənlər, tez gətirdiklərini sataraq pula çevirə bilirlər. İnsanlar ancaq gündəlik nəsə əldə etmək üçün çalışırlar və bu da həmişə qismət olmur:
 
«Rayon mərkəzində iş axtaran fəhlələr, taksi sürücüləri belə siqaret satışı ilə məşğuldurlar. Rayon mərkəzində addımbaşı əlində siqaret satan insanlarla rastlaşmaq mümkündür. «Sınıq körpü»dən keçirilən siqaret və digər məhsullar insanların qazanc yerdir» deyə müəlliflər qeyd edirlər:
 
«Qazaxda gördüklərimizdən sonra, rayondakı vəziyyəti bir cümlə izah edə bilərik. Qazaxlılar işsizlikdən, sosial yardımın verilməməsindən, yolsuzluq və susuzluqdan əziyyət çəkirlər» /
 

Google+ WhatsApp ok.ru